Türkiyənin TUSAŞ şirkəti İndoneziya Hərbi Hava Qüvvələrinə 48 ədəd KAAN döyüş təyyarəsi ixrac edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “X” hesabında paylaşım edib.
O bildirib ki, bunun bağlı Türkiyə və İndoneziya arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Türkiyədə istehsal olunacaq 48 ədəd KAAN qırıcısının istehsalında İndoneziyanın yerli imkanlarından da istifadə ediləcək.