EN

Kəmaləddin Heydərov İtaliya səfiri ilə görüşdü

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüşüb.

 

Sfera.az xÉ™bÉ™r verir ki, nazir KÉ™malÉ™ddin HeydÉ™rov sÉ™fir Luka Di Canfrançeskonu sÉ™mimi salamlayaraq, AzÉ™rbaycan vÉ™ İtalya arasındakı münasibÉ™tlÉ™rin dostluq vÉ™ qarşılıqlı hörmÉ™t prinsiplÉ™ri üzÉ™rindÉ™ qurulduÄŸunu, iki ölkÉ™ arasındakı çoxÅŸaxÉ™li É™laqÉ™lÉ™rin sürÉ™tlÉ™ geniÅŸlÉ™ndiyini xatırladıb.

 

Nazir ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlər və Nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə səfirə ətraflı məlumat verib, Azərbaycan Respublikası və İtalya Respublikasının fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumları arasında əməkdaşlığın perspektivlərindən danışıb.

 

Səmimi görüşə görə təşəkkürünü bildirən İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko iki ölkə arasındakı əlaqələrin daim inkişaf etdiyini bildirib. O, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin qarşılıqlı faydasından danışıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Chosen
47
19
sfera.az

10Sources