EN

Samur-Abşeron kanalında batan gəncin meyiti tapılaraq təhvil verilib

Bakı, 11 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinə (FHN) Taxtakörpü Su Anbarında suyun üzərində bir nəfərin meyitinin müşahidə edildiyi barədə məlumat daxil olub.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şimal” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 2002-ci il təvəllüdlü Samir Çərkəz oğlu Rüstəmovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Chosen
105
31
azertag.az

10Sources