EN

“Qərbi Azərbaycan mövzusunda danışmaq üçün hansı deputatdan icazə almalıyam?!”

“Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinqi bir daha göstərdi ki, dövlət üçün vacib olan bu strateji sahədə QHT xətti üzrə hansı miqyasda iş aparılır. Əgər son 3 ildə “Qərbi Azərbaycana qayıdış” mövzusunda QHT-lərin 54 təşəbbüsü dəstəklənmişdisə, 2025-ci ildə bu mövzuda 51 QHT layihəsi icra olunur”.

Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli “Facebook” hesabında paylaşıb.

Heç vaxt bu miqyasda kəmiyyət və keyfiyyətin olmadığını qeyd edən Z.İbrahimli QHT-lərin “Qərbi Azərbaycana qayıdış”la bağlı ortaya sanballı işlər qoyduğunu, mötəbər tədbirlər keçirdiyini bildirib:

“Bu mənzərə əslində, QHT sektorunda aparılan islahatların uğurudur. Cəmi 2 il əvvəl biz “Biləcəri stansiyası”nda ilişib qalmaqdan şikayətlənirdik, indi Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb, qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun yeni formatda fəaliyyəti, institusional böyüməsi, genişlənən beynəlxalq əlaqələri, milli QHT sektorunun inkişafı üçün həyata keçirdiyi təşəbbüslər ortada olan sistemli bir fəaliyyəti, bilik, bacarığı, potensialı nümayiş etdirir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu il ilk dəfə regional layihələrə başladı - İraq, Suriya və Türkiyədə yaşayan azərbaycanlılarla – türkmənlərlə həmrəylik forumu etdi. Biz indi bu forumun ardına hazırlaşırıq. Bu ilin aprelində müstəqillik dövründə Azərbaycan vətəndaş cəmiyyətinin ən böyük uğurlarından biri, bəlkə də birincisi olan hadisə baş verdi – 116 ölkədən QHT-lər səsimizə səs verdi, Bakı Qlobal Cənub QHT Platformasının mərkəzinə çevrildi”.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü əlavə edib ki, QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətinin gücləndirilməsinə effektiv yardım göstərməyə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb:

Chosen
69
4
publika.az

5Sources