"Mançester Siti" növbəti transferini edir.
Offsideplus.az xəbər verir ki, "Rusenborq"in 18 yaşlı futbolçusu Sverre Nyupan "şəhərlilər"in yolunu tutacaq.
Bu barədə xarici KİV məlumat verib.
"Mançester Siti" gənc yarımmüdafiəçi üçün 13 milyon avro ödəyəcək.
İngiltərə nəhəngi Nyupanı növbəti mövsüm üçün başqa komandaya icarəyə göndərməyi düşünür.