EN

“Sabah” klubu futbolçusu ilə vidalaşıb

“Sabah” komandası yarımmüdafiəçi Şakir Seyidovla yollarını ayırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Seyidov 2018-ci ildən “Sabah”da çıxış edirdi. O, komandanın heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.

Chosen
81
11
yeniazerbaycan.com

10Sources