EN

Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini gələn həftə qəbul edə bilər

Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin “gələn həftədən gec olmayaraq” qəbul ediləcəyi gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mers Danimarka baş naziri Mette Frederiksen ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Əgər hər şey plana uyğun getsə, paket gələn həftə qəbul ediləcək”, – deyə Mers vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı Şurası 17-ci sanksiyalar paketini 20 may tarixində təsdiqləmişdi.

Chosen
86
nocomment.az

1Sources