EN

"Bəzən meydanda sükut olur… amma ürəkdə fırtına" - Mahir Emreli

Yığmamızın hücumçusu Mahir Emreli Macarıstanla yoldaşlıq oyunundan sonra sosial şəbəkə hesabında paylaşım edib.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı futbolçu uğursuz nəticələrə diqqət çəkib.

Mahir paylaşımda deyib:
"Bəzən meydanda sükut olur… amma ürəkdə fırtına. Bilirik, sizi sevindirə bilmirik. Hər oyundan sonra o baxışlar, o gözləntilər bizə çatır. Biz də susuruq… çünki nəticə danışmır. Amma bu formanı geyən hər kəs bilir, bu, sadəcə, futbol deyil. Bu, millət qarşısında bir məsuliyyətdi. Bu gün alınmırsa, sabah alınacaq. Bu meydanda qalxana qədər susmayacağıq. Siz yanımızda olduqca, biz bu yoldan dönməyəcəyik".

Xatırladaq ki, millimiz 10 oyundu qələbəyə həsrət qalıb.
Chosen
31
5
football-plus.az

10Sources