EN

Putin Özbəkistan prezidenti ilə telefon danışığı aparıb

Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev telefon danışığı zamanı iqtisadi və energetika layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

“Hər iki tərəf IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunun uğurla keçirilməsini qeyd edib. Forumda Rusiya nümayəndə heyəti də iştirak edib. İkitərəfli iqtisadi və enerji layihələrinin praktiki həyata keçirilməsi məsələləri də müzakirə olunub”, – Kremlin mətbuat xidmətindən bildirilib.

Bundan əlavə, Özbəkistan Prezidenti qarşıdan gələn Dövlət Bayramı – Rusiya Günü münasibətilə Vladimir Putini və bütün Rusiya xalqını səmimi şəkildə təbrik edib.

Chosen
72
nocomment.az

1Sources