"Qarabağ" Patrik Andrade ilə yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Kabo-verdeli yarımmüdafiəçi 2020-ci ildən 2022-ci ilin mayına qədər "Qarabağ"da çıxış edib. Sonra o, Serbiyanın "Partizan" klubuna keçib. Lakin Andrade 2023-cü ilin yayında yenidən Ağdam klubuna qayıdıb.