EN

Acun Ilıcalı “Fənərbaxça” rəhbərliyindən istefa verdi: klubla bağlı daha bir mühüm qərar

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyədə telekanal sahibi olan məşhur iş adamı Acun Ilıcalı həm də “Fənərbaxça” klubunun İdarə Heyətinin üzvü və vitse-prezidenti idi. Lakin o, bu postdan istefa verib.

Bizimyol.info xəbər verir ki, bu barədə əvvəl “Fənərbaxça”nın sosial media hesabında məlumat yayılıb. Daha sonra Acun Ilıcalı özü də bir vida mesajı ilə fikirlərini bölüşüb: “Böyük bir fəxrlə daşıdığım “Fənərbaxça” klubunun İdarə Heyətinin üzvü vəzifəsindən ayrıldığımı sizlərlə paylaşmaq istəyirəm. Mən “Fənərbaxça”lı olaraq doğulmuşam. Sarı-göy forma uşaqlığımdan bu yana həyatımın ən saf və ən coşqulu parçası oldu. İdarə Heyətində keçirdiyim müddətdə zaman-zaman çətinliklər yaşasam da, hər anı mənim üçün böyük bir fəxrdir. Tənqidlər oldu, dəstək gördüm, mübarizə apardım. Amma heç vaxt bunu unutmadım: burada hər şey “Fənərbaxça” üçün idi!”

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, Acun Ilıcalı klubda vitse-prezident vəzifəsinə 2024-cü ilin iyununda başlamışdı.

Acun Ilıcalının istefasından sonra “Fənərbaxça” ilə bağlı daha bir mühüm qərar açıqlanıb. Məlum olub ki, klubun prezidenti Ali Koç baş məşqçi Joze Mourinyo ilə davam etmək qərarı verib. Amma Mourinyonun köməkçilərindən 3 nəfərlə klub yollarını ayırıb. Mourinyoya İngiltərə Premyer Liqasından yardımçı axtarışlarının başlandığı bildirilir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
bizimyol.info

1Sources