Türkiyə və İndoneziya Türkiyə Aerokosmik Korporasiyası (TUSAŞ) tərəfindən hazırlanmış 48 beşinci nəsil KAAN döyüş təyyarələrinin Cakartaya tədarükü ilə bağlı müqavilə imzalayıb.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Dost və qardaş İndoneziya ilə imzaladığımız müqavilə çərçivəsində yerli istehsal olan 48 ədəd KAAN döyüş təyyarəsi Türkiyədə istehsal edilərək İndoneziyaya ixrac ediləcək”, – Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyənin “Anadolu” dövlət agentliyi xəbər verir ki, dövlət başçısı KAAN-ın istehsalına töhfə verən bütün təşkilatları təbrik edib, xüsusilə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi Rəyasət Heyətinin və TUSAŞ-ın əməkdaşlarının xidmətlərini qeyd edib.
Xatırladaq ki, KAAN ilk uçuşunu 2024-cü ildə uğurla başa vuraraq 8000 fut (2400 metr) yüksəkliyə və 230 düyün sürətə çatdırıb.
//Samir Qurbanov, Editor.az