EN

İsrail İranı vuracaq – ABŞ diplomatlarını çıxarır

ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat alıb.

Heftelik.az-ın xəbərinə görə,  bu barədə ABŞ-ın CBS telekanalı məlumat yayıb.ABŞ rəsmilərinə İsrailin İrana qarşı əməliyyat keçirməyə tam hazır olduğu barədə məlumat verilib. ABŞ İranın qonşu İraqdakı bəzi ABŞ hərbi obyektlərinə cavab zərbələri endirəcəyini gözləyir.

Dövlət Departamentinin ABŞ səfirliyinin bəzi əməkdaşlarına İraqı tərk etmələri barədə göstəriş verməsinin səbəblərindən biri də budur.

ABŞ prezidenti Donald Tramp deyib ki, Vaşinqtonun ölkənin İraqdakı səfirliyinin əməkdaşlarının bir qismini və Yaxın Şərqdən olan hərbçilərin ailə üzvlərini ABŞ-a qaytarması mümkün təhlükə ilə əlaqədardır: “Onları çıxarırlar. Çünki bu yer təhlükəli ola bilər. Nə baş verəcəyini görəcəyik”.

Chosen
77
3
heftelik.az

6Sources