EN

3 gün öncə qəzada yaralanan şəxs dünyasını dəyişdi

Qax rayonunda üç gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

Heftelik.az-ın məlumatına görə, iyun ayının 8-də Qax-Zaqatala avtomobil yolunun Qax rayonun Güllük kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alan 44 yaşlı Eşqin İsmayılov axşam saatlarında Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, Eşqin İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “Hyundai” daha sonra isə “Honda” markalı avtomobillərlə toqquşmuşdu.

Qəza zamanı Eşqin İsmayılov və onun ailə üzvləri 43 yaşlı Gülər İsmayılova, ailənin övladı 20 yaşlı Qalib İsmayılov və “Honda” markalı avtomobilin sərnişini, 30 yaşlı Ayşən Əliyeva xəsarət almışdı

Faktla bağlı Qax rayon polis Şöbəsində araşdırma aparılır.

Chosen
2
2
heftelik.az

3Sources