EN

30 yaşlı kişi "niastol"dan zəhərlənərək öldü

Goranboyda zəhərlənən 30 yaşlı kişi xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Kənd sakini 1995-ci il təvəllüdlü Yavər İbrahimov zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Dərhal 30 yaşlı kişiyə yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Y.İbrahimov mal-qaranın dezinfeksiyanında istifadə olunan "Niastol" adlı kimiyəvi dərmandan zəhərlənib. Belə ki, azyaşlı uşaq "Niastol"u pivə balakına töküb, Y.İbrahimov isə bilməndən içib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
89
47
unikal.az

10Sources