ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Yunanıstanın Serres şəhərinin Melenikitsi və Hortero kəndlərində aparılan ölçmələrdə içməli suda icazə verilən həddən artıq uranın aşkar edildiyi bildirilib.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Heraklia Bələdiyyə Başçısı Kleanthis Koçakiahidis bələdiyyənin su və kanalizasiya idarəsinin (DEYAH) apardığı təhlilin nəticələrini ictimaiyyətə açıqlanıb.
Müvafiq olaraq, Melenikitsi və Hortero kəndlərində yeraltı su ehtiyatlarında yüksək səviyyədə uran aşkar edildiyi bildirilib.
Tapıntılardan sonra qeyd olunub ki, sözügedən kəndlərdə sudan içməli və yemək bişirmək üçün istifadəsi qadağan edilib, gündəlik təmizlik və digər məqsədlər üçün suyun istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Bildirilib ki, hakimiyyət orqanları əhalinin sağlamlığının qorunması üçün fövqəladə tədbirlər həyata keçirib və suyun təhlükəsiz səviyyəyə qaytarılması üçün işlərə başlayıb. Digər tərəfdən, mayın 28-də içməli suda uranın təhlükəli miqdarının aşkarlanmasından sonra Serresdə üç yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.