ABŞ İranın zərbə endirə biləcəyi məsafədə yerləşən bütün səfirliklərinə fövqəladə hallar komitələrini çağırmağı tapşırıb.
Â
Bu barədə “Washington Post“ məlumat yayıb.
Â
Məlumata əsasən, ABŞ sözügedən səfirliklərə risklərin azaldılması üçün görülən tədbirlər barədə Vaşinqtona hesabat göndərməyi də tələb edib.
Â
"ABŞ İranın zərbə endirə biləcəyi məsafədə olan bütün səfirliklərinə fövqəladə hallar komitələrini çağırmağı və riskləri azaltmaq üçün hansı tədbirlər gördükləri barədə Vaşinqtona məlumat göndərməyi tapşırıb", - məlumatda bildirilib.
Â
APA
Tarix: 12 İyun 2025, 10:17  Â