“Hazırda cəmi məbləği 400 milyon manatdan çox olan 10 qiymətli kağız buraxılışı layihəsi üzərində işləyirik”
Marja.az xəbər verir ki, bunu 2024-cü il üzrə Maliyyə nəticələrinə dair mətbuat konfransında “PAŞA Kapital İnvestisiya Şirkəti”nin Direktorunun satış üzrə müşaviri İlqar Tağıyev bildirib.
O qeyd edib ki, üzərində iş aparılan layihələr arasında təminatlı istiqraz buraxılışı olacaq. Təminatlı istiqrazların İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən emissiya ediləcəyi gözlənilir.