EN

İrandan hücum mesajına cavab: Biz də hazırıq

BAKI, 12 iyun. TELEQRAF

“İran Silahlı Qüvvələri və hökuməti İsrailin ölkənin nüvə obyektlərinə mümkün hücumuna cavab planı hazırlayıblar”.

Teleqraf xəbər verir ki, bunu İran rəsmi “New York Times”a deyib.

Rəsminin sözlərinə görə, plan 2024-cü ilin oktyabrında İsrailə 200-ə yaxın ballistik raketlə hücuma bənzər miqyasda əks-hücum tədbirlərini ehtiva edir.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin nüfuzlu nəşrləri kəşfiyyat və rəsmi mənbələrə istinadla İsrailin yaxın günlərdə İranın nüvə obyektlərinə zərbələr endirəcəyi barədə məlumat yayıb.

Chosen
35
teleqraf.com

1Sources