EN

Zelenski Braziliya prezidenti ilə görüş istəyib?

Ukrayna prezidenti Vladimir Zelenski iyunun 15-17-də Kanadada keçiriləcək G7 sammiti öncəsi Braziliya prezidenti Lula da Silva ilə görüş istəyib.

Publika.az xəbər verir ki, bu barədə "g1.globo.com" məlumat yayıb.

Bildirilir ki, Braziliya G7-nin üzvü deyil, lakin Lula da Silva sammitə Kanadanın baş naziri Mark Karni tərəfindən dəvət edilib. Braziliya lideri iyunun 17-də keçiriləcək sammitin genişləndirilmiş sessiyasında iştirak etməyə razılıq verib. Braziliya prezidentinin Zelenskiyə hansı cavabı verdiyi hələlik məlum deyil.

Qeyd olunur ki, Lula enerji təhlükəsizliyi, kritik minerallar, maliyyələşdirmə, innovasiya və texnologiya və süni intellektlə bağlı müzakirələrdə iştirak edə bilər.

Chosen
58
publika.az

1Sources