EN

İnzaqinin yeni klub açıqlandı

Filippo İnzaqinin yeni klubu müəyyənləşib.

Msport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis “Palermo”nu çalışdıracaq.

O, siciliyalılarla A Seriyasına yüksələcəkləri təqdirdə daha bir mövsüm uzatmaq imkanı ilə 2 il müddətinə anlaşıb. Halbuki İnzaqi “Piza”nı 34 illik fasilədən sonra yüksək diviziona çıxarıb. Klub ona görə təxminən 700 min avro məbləğində təzminat alacaq.

Qeyd edək ki, “Palermo” ötən mövsüm B Seriyasını 8-ci pillədə başa vurub.

Chosen
40
msport.az

1Sources