EN

Məleykə Abbaszadənin sistemi qüsurludur… – İZAH

Bu millətin övladlarını Dövlət İmtahan Mərkəzi tərəfindən bu qədər zülmə salmağın heç bir mənası yoxdur. Məleykə Abbaszadənin sistemi qüsurludur.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə jurnalist Taleh Şahsuvarov çıxış edib. O fikirlərini aşağıdakı formada izah edib:

“Hər hansı bir ixtisas qrupunda fərz edək ki, Asif adlı gənc 611, Vasif adlı gənc 612 bal toplayıb. Hər ikisi həmin qrupun ən prestijli ixtisaslarından biri,- deyək ki, UNEC-də tədrisi ingiliscə olan “İqtisadiyyat”- üzrə ali təhsil almaq istəyir.

Biz nə ilə və necə müəyən edə bilirik ki, 612 bal toplayan abituriyentdən fərqli olaraq 611 bal toplayan abituriyentin həmin ali məktəbdə və ixtisasda oxumaq haqqı yoxdur?

Əgər söhbət əzbərçilikdən yox, bilikdən gedirsə, gəlin nəzəri hesablayaq.

DİM-in sualları və orta məktəb dərslikləri üst-üstə düşsəydi, bu, o demək olardı 611 bal toplayan abituriyent orta məktəb proqramının 87.28 %-ni mənimsəyib. Eyni şərtlərlə 612 bal toplayan şagird isə 87,42 faizini mənimsəyib.

İndi icazənizlə, Sizə şok bir elmi nəticə təqdim edim. 100 nəfərlik auditoriyanın Eynşteynin fizika mühazirəsini dərindən anlaya bilməsi və gələcəkdə faydalanması üçün 700 ballıq qəbul sistemi ilə ortalama 75% , yəni 525 bal toplaması tələb olunur. ORTALAMA!!!

Ona görə də bu millətin övladlarını Dövlət İmtahan Mərkəzi tərəfindən bu qədər zülmə salmağın heç bir mənası yoxdur.
Məleykə Abbaszadənin sistemi qüsurludur”.

Nigar İxtiyarqızı

Chosen
48
2
tribunainfo.az

3Sources