Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi qanvermə aksiyası keçirilir.
"Football-plus.az" xəbər verir ki, "Həmrəy olaq, Qanımızla yaşadaq" adlı qanvermə aksiyası MOK-un inzibati binasında təşkil olunub.
Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilir. Aksiya talassemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədilə reallaşdırılıb.
Qeyd edək ki, "14 İyun - Beynəlxalq Qan Donorluğu Günü"nə həsr olunmuş tədbir saat 16.00-dək davam edəcək.