Ceydon Sançonun bu yay “Mançester Yunayted” bu yay ayrılacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, ingilis vingerlə “Aston Villa”, “Nyukasl” və “Tottenhem” maraqlanır.

Bu barədə “Sun Sport” məlumat yayıb.

Sanço başa çatan mövsümü icarə əsasında “Çelsi”də keçirib. “Zadəganlar” onu birdəfəlik transfer etmək istəməyib və buna görə “qırmızı şeytanlar”a 5 milyon funt-sterlinq kompensasiya ödəməli olub.