"Biz Azərbaycanı COP29-un ev sahibi kimi dəstəkləyirik".
“Report”un Serbiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev jurnalistlərə açıqlamasında bildirib.
R.Radev qeyd edib: “Bildiyiniz kimi, Rusiya Avropa ölkələrindən hər hansı birinin namizədliyinə qadağa qoyub. Yeganə həll yolu Azərbaycan və ya Ermənistanın ev sahibi olmasıdır. Biz sizin ölkənizin namizədliyinə sevinirik və onu dəstəkləyirik”.