EN

Qubada tapılan meyitlə bağlı dəhşətli xəbər

ain.az, Azpost saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, iyunun 1-də itkin düşən Qubanın Üçgün kənd sakini 23 yaşlı Samir Rüstəmovun meyiti Şabranın Taxtakörpü su anbarında tapılıb.

AzPost Baku TV-ə istinadla xəbər verir ki, doğmalarının sözlərinə görə, hadisə gecə saatlarında Quba şəhəri ərazisində baş verib.

İş yoldaşları ilə yeyib-içən Samir kanalın ətrafına gəlib və 3 nəfərin gözü qarşısında suya düşüb.

Dostları onu çıxarmağa çalışsalar da, bunu nail ola bilməyiblər.

“11 gündür hər yerdə axtarırdıq. Tanınmaz vəziyyətdədir. Ayağı kəsilib, gözləri yoxdur”, – itkin düşən şəxsin qohumu Məmməd Balabəyov Baku TV-yə açıqlamasında deyib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, gəncin axtarışı üçün əraziyə dalğıc-xilasediciləri cəlb edilib, kanala suyun verilişi dayandırılıb.

Həyata keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 23 yaşlı Samir Çərkəz oğlu Rüstəmovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
18
azpost.info

10Sources