AzVision.az xəbər verir ki,Aİ səfiri “RBC-Ukrayna” telekanalına müsahibəsində hamının müvəqqəti atəşkəslə münaqişənin yekun həlli arasındakı fərqi başa düşdüyünü bildirib.
“Sizi uzunmüddətli atəşkəs maraqlandırmır. Axı bilirsiniz:atəşkəsin dondurulmuş münaqişəyə çevrilməsi xətti çox incədir.Əgər kimsə bunu birdən unutsa, Ukrayna bizə xatırladacaq ki, atəşkəs mahiyyət etibarı ilə münaqişə tərəfləri arasında müvəqqəti fasilədir”, - Katarina Maternova deyib.
Diplomat həmçinin Rusiya lideri Vladimir Putinin niyyətləri ilə bağlı “illüziyalara qapanmamağa” çağırıb.
Sahil İsgəndərov
AzVision.az