Britaniyanın "The Times" qəzetiyazırki, bu barədə İsveçin Uppsala Universitetində hazırlananMünaqişə Məlumat Proqramındavurğulanır. Məlumata əsasən, 2024-cü il ərzində61 silahlı münaqişəqeydə alınıb. Həmin münaqişələrdən 11-i genişmiqyaslı müharibə halına gəlib, hər birində itki sayı mini ötüb.
Həyatını itirən mülki şəxslərin sayı ötən illərlə müqayisədə 31% artaraq13 min 900 nəfərəçatıb. Bütün dünya üzrə zorakılıq səviyyəsi 1994-cü ildə Ruandada baş vermişsoyqırımınınardınca dördüncü pilləyə yüksəlib.
Həmin soyqırımı təqribən800 min adamın öldürülməsinəticəsində İkinci Dünya müharibəsindən bəri ən ölümcül hadisə sayılırdı. Halbuki son illərdə meydana gəlmiş silahlı münaqişələr bu "rekord"u da üstələyib. Xüsusilə 2022-ci il XXI əsrdə"ən ölümcül il"kimi tarixə düşüb. Bu dövrdə təqribən300 min insanmüxtəlif münaqişələrdə həyatını itirib.
Hesabatda həmçinin diqqətə çatdırılır ki, dövlətlərarası münaqişələrlə yanaşı müəyyən ölkələrinöz ərazisindən kənardakı silahlı qruplaşmalara dəstəkverməsi halları da 2024-cü ildə xüsusilə artıb.
Firudin Həmidli
AzVision.az