EN

Karlo Ançelotti: “Əvvəlcə yaşamağa ev tutmalıyam…”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “selesao”nu DÇ-2026-ya çıxardıqdan sonra, gələcək planları haqda söhbət açıb.

Arena.az “Globo” dərgisinə istinadən, 66 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Əvvəla, yaşamağa ev tapmalıyam. İkincisi, klublararası dünya çempionatına yollanmalıyam. Üçüncüsü, mənim əlimdə dünyanın müxtəlif güşələrində olan oyunçulardan ibarət böyük siyahı var: Braziliyada, Avropada, ərəb ölkələrində. 70 yaxın futbolçu, onlaradan hər birini qiymətləndirmək üçün, bizim vaxtımız olacaq. Dünya çempionatına dəqiqliklə yollanacaq 25-26 oyunçudan ibarət müəyyən siyahı isə yoxdur”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, Karlo Ançelotti cari ilin may ayında Braziliya millisinin sükanı arxasına keçib. İtalyan mütəxəssisə “selesao”nu 2026-cı il dünya çempionatında zəfərə çatdırmaq tapşırığı qoyulub. Ançelotti Braziliya millisini mundialın final mərhələsinə çıxara bilib. Təzəcə işə başlamış təcrübəli mütəxəssis “selesao”nun sükanı arxasında iki oyun keçib 1 qələbə və 1 heç-heçə yaşayıb, top fərqi isə 1:0 nisbətindədir.

Chosen
15
arena.az

1Sources