EN

Bakıda uşaq bağçasında meyit tapıldı

Bakıda mühafizəçi iş yerində dünyasını dəyişib.

Aktual.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu G.Mehmandarov küçəsində yerləşən uşaq bağçasında baş verib.

Bağçada mühafizəçi işləyən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Rəhim Aşumovun meyiti obyektin həyətində aşkarlanıb.

İlkin ehtimala görə, mühafizəçi infarktdan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
5
4
ulusum.az

5Sources