[b][/b]“Yuventus”u yeni mövsümdə də İqor Tudor çalışdıracaq.
"Football-plus.az" xəbər verir ki, xorvat baş məşqçi daha bir il klubda qalacaq. Klubun idman direktoru Damien Komolli İtaliya mətbuatına açıqlamasında 47 yaşlı mütəxəssislə müqavilənin müddətinin növbəti mövsümün sonuna qədər uzadıldığını bildirib.
Tudor komandaya martda təyin olunmuşdu. O, baş məşqçi vəzifəsində Tyaqo Mottanı əvəzləyib. “Yuventus” A seriyasında mövsümü 4-cü yerdə başa vurub.