“Fransanın "IB2" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşdük. Təbii resurslardan səmərəli istifadə, xammalın diversifikasiyası və istehsalda dayanıqlı texnologiyaların tətbiqinin iqtisadiyyatda strateji əhəmiyyətini vurğuladıq, alüminium sənayesi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını nəzərdən keçirdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.