EN

Şalva Papuaşvili: “Tusk etimad səsverməsi zamanı səs almaq üçün gürcü məsələsindən istifadə etdi”

Yazını böyüt
Yazını kiçilt

“Donald Tuskun parlamentdə etimad səsverməsi keçirilərkən bir neçə səs artıq almaq üçün gürcülərdən və gürcü məsələsindən siyasi məqsədlər naminə istifadə etməsi çox təəssüf doğurur”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.

Papuaşvili bildirib ki, bu, bir daha gürcü xalqına qarşı vicdansız münasibəti göstərir.

“Başqa xalqdan siyasi alət kimi istifadə etmək cəhdinin olması narahatlıq doğurur. Bilirik ki, dünən baş nazir Tuskun Polşa Parlamentində etimad səsverməsi keçirilib. Onun bir neçə artıq səs alması üçün müəyyən konservativ xəttə meyllənmə cəhdi oldu. Bu, öz siyasi maraqları üçün gürcü xalqını necə asanlıqla qurban verdiklərini bir daha göstərir. Guya gürcülərin Polşada nəsə səhv etdikləri və ya çox olmaları və sair barədə söhbət ciddi deyil. Statistikaya baxsanız görərsiniz ki, Polşadakı xarici miqrantlar həm say, həm də davranış və müxtəlif qanun pozuntularına yolvermə hallarına görə daha çox Polşaya qonşu olan ölkələrin vətəndaşları seçilir”, - parlamentin sədri bildirib.

Cənab Papuaşvili xatırladıb ki, Polşanın hazırkı hökuməti və baş naziri, eləcə də xarici işlər naziri Mixeil Saakaşvilinin ən fəal lobbiçiləridir. “Avropa Xalq Partiyasının qurultaylarını yadınıza salıram, orada Donald Tuskun özü, Xalq Partiyasının rəhbəri kimi, Mixeil Saakaşvilinin həbsdən məktubunu oxudu. Bilirsiniz bu nə deməkdir, cinayətkar, işgəncə sisteminin yaradıcısı olan insanın məktubunu oxudu. Orada Saakaşvili üçün üçün ayrılmış boş stulu xatırlayın, onu Donald Tusk ayırmışdı. İndi də işgəncə, reket sisteminin qurucusu Saakaşvilini modernizator və nümunəvi demokrat adlandıran xarici işlər naziri Sikorskinin bəyanatları yadımızdadır”, - Şalva Papuaşvili bildirib.

Polşanın baş naziri Donald Tusk Seymdə hökumətə etimad elan edilməsi məsələsinin müzakirəsi zamanı qeyd edib ki, bir sıra ölkələr, o cümlədən Gürcüstan üçün vizasız gediş-gəlişin dayandırılmasını nəzərdən keçirir.

Chosen
45
hafta.az

1Sources