EN

Hindistanda təyyarə qəzaya uğrayıb - 133 nəfər həlak olub

Hindistanda

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.

Bu barədə “News18” telekanalı məlumat yayıb.

Xarici KİV-in məlumatına görə, yerli polis təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyünü bildirib.

***

Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 40-a çatıb.

Bu barədə “News18” telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində 169 Hindistan, 53 Böyük Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub(Report).
Chosen
47
reyting.az

1Sources