“Real”ın yarımmüdafiəçisi Luka Modriçin “Milan”a keçəcəyi vaxt bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu klublararası dünya çempionatından sonra İtaliya komandasına keçəcək. Turnirin ardından tərəflər rəsmi müqavilə imzalayacaq.
Modriç “qırmızı-qaralar”la ilkin razılıq əldə edib və 2026-cı ilin iyununa qədər müqavilə imzalayacaq.
Klublararası dünya çempionatı 15 iyun-13 iyul tarixlərində ABŞ-da keçiriləcək. Turnirdə ümumilikdə 32 komanda, həmçinin “Real” da iştirak edəcək.