“Napoli” “Liverpul”un yarımmüdafiəçisi Federiko Kyesa ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya təmsilçisi bu yay transferi reallaşdırmaq niyyətindədir. Eyni zamanda, “Napoli” futbolçu ilə 2025-ci ilin yanvarından əlaqə saxlayır.
Kyeza 2024-cü ilin avqustunda “Yuventus”dan “Liverpul”a keçib. Keçən mövsüm bütün turnirlərdə 14 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Transfermarkt portalı oyunçunun transfer dəyərini 14 milyon avro qiymətləndirir.