İtaliyanın Genuya şəhərində qılıncoynatma üzrə Avropa çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan komandası bir neçə növdə təmsil olunacaq.
Qadın sablyaçıların yarışında Zərifə Hüseynova, Səbinə Kərimova və Polina Kaspiaroviç mübarizə aparacaqlar. Onlar həm fərdi, həm də komanda çempionatlarında qüvvələrini sınayacaqlar.
İyunun 14-19-da keçiriləcək Avropa çempionatında şpaqa yarışında Ruslan Həsənov da çıxış edəcək.
Qeyd edək ki, qadınlardan ibarət sablya yığmasının lideri Anna Başta zədə səbəbindən qitənin əsas turnirini buraxmalı olacaq.
Sumoçularımız Avropa çempionatında iki medal qazanıblar
Tofiq Musayev UFC-də
Prezidentin nəvəsi dünya çempionu olub
UFC ulduzları Bakıya gəlir
Nazim Sadıxov: “Rafael Fiziyevin rəqibini məğlub edəcəyinə inanıram”