EN

Sərkisyan: Paşinyana qarşı impiçment prosesi başlayıb

BAKI, 12 iyun. TELEQRAF

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan “Şərəfim var” parlament fraksiyasının Baş nazir Nikol Paşinyana qarşı başlatdığı impiçment prosesi barədə açıqlama verib.

Teleqraf xəbər verir ki, o, təşəbbüslə bağlı sələfi Robert Köçəryanın “Ermənistan” fraksiyasının mövqeyi barədə danışmaqdan yayınıb.

“Ermənistan” fraksiyasının deputatları Sərkisyanın fraksiyasının təşəbbüsü ilə deyil, ayrıca formada öz imzalarını təqdim ediblər.

Cəmi 36 deputatın imzasının olduğu prosesin əvvəldən uğursuzluğa düçar olub-olmaması ilə bağlı suala Sərkisyan belə cavab verib ki, impiçment prosesi artıq başlayıb:

“Bizim 54 imzaya ehtiyacımız var. 54 olanda onu parlamentin gündəliyinə salacağıq”.

Xatırladaq ki, baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6, “Ermənistan” fraksiyasının 28 deputatı imza verməyə hazır olduğunu bəyan edib. İki fraksiyanın imzaları cəmi 34 edir, məsələnin parlamentin gündəliyinə salınması üçün isə 2 imza çatışmır.

Təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan isə hələlik təşəbbüsə dəstək verən yoxdur.

“Şərəfim var” fraksiyası Nikol Paşinyana qarşı impiçment prosesin başladılması üçün iyunun 7-də Masis şəhərinin meri Davit Ambarsumyanın baş nazirliyə namizədliyini irəli sürüb.

Chosen
58
10
teleqraf.com

10Sources