EN

Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj

Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajUlu öndər Heydər Əliyev fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir. Dahi şəxsiyyət dövlətimizin xarici siyasətində əsas prinsip olaraq hər zaman balanslaşdırılmış siyasəti əsas götürüb. Məhz bu müdrik siyasətin sayəsində 1991-1993-cü illərdə şimal və cənub qonşularımızla demək olar ki, düşmən münasibətləri tədricən normallaşmağa, yaxın qonşu və dost ölkə səviyyəsinə gəlib çatıb. 2003-cü ildən isə Ulu Öndərimizin siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti nəinki davam etdirdi, həm də onu günün çağırışlarına uyğun olaraq daha da inkişaf etdirdi. Məhz bu siyasət sayəsində ölkəmiz həm ikitərəfli, həm də çoxtərəfli formatda bütün ölkələrlə uğurlu əməkdaşlığa nail oldu.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və Rəşadətli Ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Qazandığımız Zəfər Azərbaycan xalqının əzminin, iradəsinin və xalqın Ali Baş Komandanına inamının bariz nümunəsidir. Bu zəfərlə biz illərdir tətbiq olunmayan qətnamələri gerçəkləşdirdik. Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işlər davam edir, bunun sayəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra öz evlərinə qayıdırlar.
Prezident İlham Əliyevin iradəsi və qətiyyəti ilə 15 iyun Azərbaycan tarixinə qızıl hərflərlə həkk oldu. Məhz 2021-ci ilin 15 iyun tarixi iki qardaş dövlət – Türkiyə və Azərbaycan arasında Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi imzalandı.Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. İyunun 15-də Şuşada imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Böyük əhəmiyyətli mühüm tarixi sənəddən bəhs etməzdən əvvəl onun imzalanmasını şərtləndirən qürur dolu tarixə nəzər salmaq yerinə düşər.
Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapdı. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyevin dediyi "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" sözləri daim öz təsdiqini tapmışdır.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.
30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq normalarını heçə sayan təcavüzkar Ermənistan siyasi rəhbərliyi və ordusunun cavabı Müzəffər Ali Baş Komandanın başçılığı altında döyüşən rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ilin cəmi 44 günü ərzində ən layiqli şəkildə verilmiş və müharibə Ermənistan Respublikası üçün tam kapitulyasiya ilə nəticələnmişdir. Həyatını vətən uğrunda qurban etmiş şəhidlərimizin əziz xatirəsi daim yaddaşımızdadır və unudulmayacaq.

Aynur Xəlilova - politoloq

Chosen
14
sonxeber.az

1Sources