Elektromobil nəhəngi “Tesla”nın CEO-su Elon Mask verdiyi açıqlamada şirkətin ilk “Robotaxi” xidmətinin iyunun 22-də ABŞ-ın Ostin şəhərində başlayacağını açıqlayıb.

İndex.az xəbər verir ki, rəsmi tarix olaraq 22 iyun göstərilsə də, daha əvvəl xidmətin 12 iyun istifadəyə veriləcəyi deyilirdi.

Ancaq bu tarix heç vaxt rəsmi darix olaraq təsdiq edilmədi.

Milyarder CEO bildirib ki, fabrikdən çıxan “Tesla” 28 iyunda sürücüsüz avtonom şəkildə müştərilərin evlərinə gedəcək.