EN

Xarkova dronlarla zərbələr endirilib » AzadMedia.az

Xarkova

Rusiya hərbi qüvvələri Ukraynanın Xarkov vilayətinə dronlarla zərbələr endirib.
Yaşayış binasının vurulması nəticəsində 14 nəfər yaralanıb. Yaralılardan 4-ü azyaşlıdır.
Rəsmilər, ümumilikdə, 3 rayonun hücuma məruz qaldığını, infrastruktura ciddi zərər dəydiyini bildiriblər.
Fövqəladər Hallar Xidməti əməkdaşları evləri dağılan və yanan sakinləri təxliyə ediblər.
Cəbhədə döyüşlərin getməsinə baxmayaraq tərəflər arasında İstanbul razılaşmasına əsasən, növbəti əsir mübadiləsi baş tutub.
Ukrayna Rusiyadan 1,212 əsgərin nəşini alıb, qarşılığında Rusiyanın 27 hərbçisinin nəşini təhvil verib.
Tərəflər, 6,000-ə qədər nəşin, ağır yaralı və gənc əsirlərin qarşılıqlı mübadiləsinə dair razılaşma əldə ediblər.
Rusiya-Ukrayna müharibəsinin fəal mərhələsi 2022-ci ildə başlayıb.
Rusiya müharbə ərzində Ukraynanın 20 faiz ərazisinə nəzarəti ələ alıb

Bu arada, Rusiya prezidenti Vladimir Putin Rusiya silah sistemləri ilə bağlı yeni uzunmüddətli proqramın yaradılmasını əmr verib.
O, xüsusi ilə nüvə triadasına diqqət etməli olduqlarını bildirib, nüvə silahlarını Rusiya dövlətçiliyinin əsas zəmanətçisi adlandırıb və qeyd edib ki, nüvə silahı dünyada güc balansını tənzimləmək üçün əsas rol oynayır.

Chosen
23
1
azadmedia.az

2Sources