EN

İtaliyanın Baş naziri NATO nun Baş katibi ilə görüşüb

ain.az, Azertag saytına istinadən bildirir.

Roma, 12 iyun, AZƏRTAC

İtaliyanın Baş naziri Ciorcia Meloni Romada NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.

Bildirilir ki, görüşdə Avropa İttifaqında daha innovativ və rəqabətədavamlı müdafiə sənayesinin qurulmasına dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, Ukraynaya dəstək və NATO-nun kollektiv müdafiənin mühüm dayağı kimi rolu, həmçinin Avro-Atlantik təhlükəsizliyə hərtərəfli yanaşmanın vacibliyi bir daha vurğulanıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Bundan başqa, görüş zamanı NATO-nun növbəti sammitinə hazırlıq və xüsusilə kollektiv təhlükəsizlik xərcləri müzakirə olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
3
azertag.az

4Sources