EN

17 yaşlı gənc faciəli şəkildə ÖLDÜ

İstanbulda 17 yaşlı gəncin idarə etdiyi motosiklet qarşı tərəfdən gələn və sola dönmək istəyən yük maşını ilə toqquşub.

News24.az xəbər verir ki, qəzada motosikletdən yıxılan gənc yük maşınının altına düşüb.

Hadisə yerinə tibbi briqada, polis və xilasetmə qrupları sövq edilib.

Sağlamlıq qrupları tərəfindən aparılan müayinə nəticəsində 17 yaşlı gəncin həyatını itirdiyi müəyyən edilib.

Qeyd edək ki, yük maşınının sürücüsü saxlanılıb.

Günel Məlikzadə

Chosen
34
news24.az

1Sources