EN

Şamaxı Premyer Liqanın debütantı ilə qarşılaşacaq

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Növbəti mövsümün hazırlığına iyulun 5-də başlamağı planlaşdıran “Şamaxı”nın təlim-məşq toplanışındakı ilk rəqibi müəyyənləşib.

Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.

Komandanın ilk mərhələsi Qəbələdə baş tutacaq ki, qonşu bölgədəki ilk rəqib də məhz yerli komanda olacaq. Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu, bir illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan "Qəbələ" ilə matç iyulun 14-də olacaq.  

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Ayxan Abbasov hazırlıq çərçivəsində daha 3 yoxlama oyunu keçirəcəklərini də əlavə edib.

"Şamaxı" hazırlığın ilk mərhələsini iyulun 26-na qədər davam etdirəcək. İkinci mərhələ isə Şamaxıda baş tutacaq və avqustun 7-nə qədər davam edəcək.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
1
fanat.az

2Sources