EN

Uşaq bağçasında meyiti tapıldı - Yenilənib

Bakıda mühafizəçi iş yerində dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonu G.Mehmandarov küçəsi 241-də yerləşən uşaq bağçasında baş verib.

Bağçada mühafizəçi işləyən Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Rəhim Ağacavad oğlu Aşumovun meyiti dünən səhər saat 06 radələrində aşkar edilib.

Onun infarktdan dünyasını dəyişdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı Şəhər Baş Təhsil İdarəsindən bildirilib ki, qeyd edilən ünvandakı uşaq bağçasında R.Aşumov adlı işçi çalışmayıb.

Chosen
17
10
qafqazinfo.az

10Sources