BAKI, 12 iyun. TELEQRAF
“Biz bəzən Ukrayna Prezidenti Volodimir Zelenskinin öz xalqı və ölkəsi üçün etdiklərini düzgün qitmətləndirmirik”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Abraham Linkolndan sonra Amerikada Prezident Zelenskinin etdiklərini etməli olan prezident olmayıb. O, öz torpağında milli olaraq yaşamaq uğrunda döyüşür. Bunu görəndə, onların hazırda qarşılaşdıqları problemləri qiymətləndirməlisiniz. Düşünürəm ki, bəzən biz bunu görmürük”, - ABŞ rəsmisi bildirib.