Ötən gün azərbaycanlı gəmi kapitanı Elşən Məmmədov Aralıq dənizində 5 əlcəzairlini xilas edib.
Bizim.Media xəbər verir ki, hadisə Bejaia sahilindən 80 kilmetr məsafədə yerləşən açıq dənizdə baş verib.
Belə ki, kapitan və komandası 10 gündür kiçik qayıqda ac-susuz, sağ qalmağa çalışan 5 nəfər qanunsuz miqrantı xilas edib.
Bildirilir ki, xilas edilənlər Əlcəzairdən İspaniyaya su yolu ilə qanunsuz keçmək istəyən 9 mühacir olub. Onlardan 4-ü açıq dənizdə ölüb.
Xilasetmə əməliyyatı başa çatdıqdan sonra, həmin şəxslər təhlükəsiz şəkildə Əlcəzairin sahil təhlükəsizlik və xilasetmə xidmətlərinə təhvil verilib. (BAKU.WS)
Bizim.Media