“Görünən odur ki, qəzaya uğrayan təyyarənin göyərtəsində sağ qalan yoxdur”.
Bunu Hindistanın Əhmədabad vilayətinin polis komissarı bildirib.
O əlavə edib ki, təyyarənin yaşayış məntəqələri və ofislərin sıx yerləşdiyi əraziyə düşməsi yerli sakinlər arasında da ölənlərin olduğunu deməyə əsas verir:
“Hazırda yekun rəqəmlərlə bağlı dəqiqləşmələr aparılır”./APA
Tarix: 12 İyun 2025, 16:39