Bakı. Trend:
İyunun 12-də VII İqtisadiyyat və İdarəetmə SahəsindəTədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) öz işinəbaşlayıb.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər ƏliyevMərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Regionalİnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Paşa Holdinqşirkətlər qrupunun baş sponsorluğu ilə təşkil olunan VIIİqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq ElmiKonfransı (ISCEMR-2025) iyunun 14-dək davam edəcək. UNEC-in 95illik yubileyinə həsr olunan builki konfrans “Dairəvi iqtisadiyyatvə dayanıqlı ekosistem” mövzusuna həsr olunub.
Konfrans iştirakçıları öncə Fəxri xiyabanda Ümummilli LiderHeydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələridüzüblər, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılışında UNECrektoru professor Ədalət Muradov, elm və təhsil nazirinin maviniHəsən Həsənli, xarici işlər nazirinin müavini, COP29-un başdanışıqçısı Yalçın Rəfiyev, UI GreenMetric Dünya Universitetlərireytinqinın təsisçisi professor Riri Fitri Sari, “Regional İnkişaf”İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsininmüdiri Gülbağda Leysanova və “Weevo Srl Benefit” şirkətininhəmtəsisçisi Gabriele Carboni çıxış ediblər.
Rektor Ədalət Muradov builki konfransda 24 ölkədən 57 xaricitədqiqatçının iştirak etdiyini, konfransa təqdim olunan elmiməqalələrdən 224-nün seçilərək, xülasələr kitabında təqdimolunduğunu deyib. Rektor UNEC-in strateji hədəflərindən söz açıb vəuniversitetin bu hədəflərə doğru inamla irəlilədiyini bildirib. O,UNEC-in elmi fəaliyyətinə dair statistik məlumatları bölüşərək,"Web of Science" və "Scopus" indeksli elmi məqalələrin sayınınartım tempinə görə UNEC-in dünyada lider olduğunu deyib.
Ə.Muradov ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilətəsdiqlənmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçünsüni intellekt Strategiyası”nda təhsil və elm sahəsində süniintellektin tətbiqi ilə bağlı tapşırıqların olduğunu diqqətəçatdıraraq, bu istiqamətdə UNEC-də həyata keçiriləcək layihələrdənsöz açıb. Ə.Muradov 2024-cü ilin ikinci yarısından etibarənuniversitetdə elmi fəaliyyətin rəqəmsallaşdırılması layihəsinəstart verildiyini diqqətə çatdırıb: "Bu sistem elmi fəaliyyətinrəqəmsal əsasda idarəolunması, maliyyələşdirilməsi vəstimullaşdırılmasına xidmət edəcək. Məqsədimiz həm dəaraşdırmaların vahid platformada toplanması və şəffaflığın təminedilməsidir".
Rektor rəqəmsal platformanın bir neçə əsas funksiyanı özündəbirləşdirəcəyini diqqətə çatdırıb. O, qeyd edib ki, rəqəmsalplatforma elmi fəaliyyətin effektiv və şəffaf idarə olunmasınıtəmin etməklə yanaşı, məqalə və istinad sayı, qrantlar və digərfəaliyyətlərin illik performans dəyərləndirməsini asanlaşdıracaq.Ə.Muradov ölkədə elmi fəaliyyətin şəffaflığının təmin olunmasıməqsədilə vahid plagiat sisteminin yaradılmasının vacibliyinibildirib.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli ali təhsilin əsashədəflərindən söz açaraq, bu istiqamətlərdən birinin də beynəlxalqreytinqlərdə irəliləmək olduğunu deyib. H.Həsənli bununla bağlısistemli yanaşmanın və kompleks çalışmanın vacibliyini diqqətəçatdırıb: "Əminik ki, sistemli yanaşma nəticəsində yaxın dövrdətəhsildə və elmi fəaliyyətlərdə beynəlxalq rəqabətədavamlı uğurlarəldə edəcəyik. Bu prosesdə tədqiqatçıların rolu danılmazdır". Nazirmüavini keçirilən konfransın bu mənada əhəmiyyətli rol oynayacağınıqeyd edib.
Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı YalçınRəfiyev COP 29-un uğurlu nəticələrindən və Azərbaycanın bu tədbirəverdiyi töhfələrdən danışıb. Konfransın mövzusunun aktuallığınadiqqət çəkən nazir müavini COP-da irəli sürülmüş 14 təşəbbüsün3-nün enerji ilə bağlı olduğunu və konfransın məhz həmin mövzularıəhatə etdiyini diqqətə çatdırıb. Y.Rəfiyev konfransdasəsləndiriləcək fikirlərin ölkəmizin davamlı və dayanıqlıinkişafına mühüm töhfələr verəcəyindən əminliyini ifadə edib.
UI GreenMetric Dünya Universitetləri reytinqinın təsisçisiprofessor Riri Fitri Sari 2010-cu ildən fəaliyyət göstərənreytinqin universitetlərin ekoloji dayanıqlılıq və yaşıltəşəbbüslər sahəsində fəaliyyətlərinin qiymətləndirilməsində mühümrol oynadığını deyib. O, UI GreenMetricsin təkcə rəqabət deyil, həmdə universitetlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçünəvəzsiz platforma olduğunu qeyd edib: “Məqsəd ali təhsilmüəssisələrinin davamlı inkişaf prinsiplərinə uyğun fəaliyyətinitəşviq etməkdir”.
Azərbaycan universitetlərinin davamlılıq sahəsində əldə etdiyinailiyyətlərə diqqət çəkən təsisçi, COP29 çərçivəsində Azərbaycanıntəqdim etdiyi proqramların beynəlxalq səviyyədə yüksəkqiymətləndirildiyini qeyd edib. O, universitet rəhbərləri, akademikheyət və tələbələr üçün əməkdaşlıq mühitinin yaradılmasınıncəmiyyət, planet və iqtisadi rifah arasında balanslı inkişafı təminetmək baxımından vacib olduğunu bildirib.
Sonra Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalqtəşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova və“Weevo Srl Benefit” şirkətinin həmtəsisçisi Gabriele Carboni mövzuilə bağlı təqdimatlarla çıxış ediblər.
İştirakçılar konfrans çərçivəsində çap olunmuş "Dairəviİqtisadiyyat", "Akademik yazı", konfransa təqdim edilmiş 224məqalədən ibarət "Xülasələr kitabı", eləcə də "Akademik yazı" vəUNEC tərəfindən ingilis dilindən tərcümə olunmuş "Davamlı Enerji","Bazarın hüdudları" kitabları ilə tanış olublar.
Konfransın ikinci hissəsində “COP29 Azərbaycan töhfəsi: İqlimdəyişikliyi və maliyyələşdirilməsi, resurslardan səmərəli istifadə”və “Dairəvi iqtisadiyyatin drayverləri: Rəqəmsal transformasiya vədayaniqli ekosistem” mövzuarında panel sessiyalar olub. Birincipaneldə iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanın mövqeyivə COP29 kontekstində maliyyə mexanizmləri müzakirə olunub. Digərpaneldə isə dairəvi iqtisadiyyatın inkişafına təkan verən əsasamillərdən bəhs edilib, həmçinin rəqəmsal texnologiyalar,innovasiya və ekoloji dayanıqlılıq mövzularında fikir mübadilələriaparılıb.
Konfrans öz işini iyunun 13-14-də panel müzakirələr vəvörkşoplarla davam etdirəcək. Müzakirələr süni intellekt, iqtisadisistemlərin optimallaşdırılması, dairəvi iqtisadiyyatda genderbərabərliyi və sosial inklüzivlik, sosial məsuliyyətli və dayanıqlıbiznes modelləri, dairəvi iqtisadiyyatın təşviqində təhsilin rolu,istehlakçı məlumatlılığı və dayanıqlı məhsul seçimi,eko-innovasiyalar, yaşıl texnologiyalar, dayanıqlı istehlak vəistehsal (SCP) siyasətinə həsr olunacaq.