ain.az bildirir, Metbuat portalına istinadən.
Bu il minimum əməkhaqqı 16% artırılaraq 400 manata
çatdırıldı, minimum pensiya məbləği isə 14.3% qaldırılaraq 320 manat müəyyən
olundu. Bəs sosial müavinət və təqaüdlər də artırılacaqmı?
İqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib
ki, gözləntilərə görə, iyul ayının 1-dən bəzi müavinətlərdə artım olacaq:
“Bu artım qazilərin müavinatlarında, sosial müavinət
alanlarda və əlilliyi olan şəxslərdə müşahidə oluna bilər. Yəqin ki, qərar bu
ayın sonuna qədər veriləcək və iyulun 1-dən qüvvəyə minəcək”.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
N.Cəfərli qeyd edib ki, bu artım minimum əməkhaqqına və
minimum pensiyaya aid olmayacaq:
“Çünki onlar artıq ilin əvvəlində artırılıb. Çox güman ki, bu
sahədə növbəti artım gələn ilin yanvarın 1-dən ola bilər”.
Sevinc İbrahimzadə / Metbuat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.